İdman
Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriges sosial şəbəkələrdə abunəçi sayına görə dünyanın ən populyar ikinci modelidir.
Publika.az xəbər verir ki, bu barədə "Models.com" portalı məlumat yayıb.
Argentinalı model "Instagram" və "TikTok" platformalarında ümumilikdə 92,4 milyon abunəçi toplayıb. Reytinqdə onu yalnız 291,7 milyonluq auditoriyaya sahib Kendall Cenner qabaqlayır.
Reytinq yalnız rəqəmsal təsir gücünə - auditoriyanın əhatə dairəsinə və aktivliyinə əsaslanır. Podium karyerası və kommersiya müqavilələri bu siyahıda nəzərə alınmır. Buna baxmayaraq, Rodriges reklam kampaniyalarında və brend əməkdaşlıqlarında önə çıxan modellərin yer aldığı “Money List” siyahısına daxil edilməyib.
Bu fakt moda sənayesindəki müasir tendensiyanı aydın şəkildə göstərir. Sosial şəbəkələrdəki təsir və kommersiya uğuru getdikcə bir-birindən ayrılır. Məhz qlobal tanınma baxımından Corcina Rodriges bu gün dünya elitasında yer alır.

-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi











.png)





.jpg)

















