“OBA”dan 13 AZN-lik alış-verişə Changan Qiyuan Q05 qazandı
Bizi izləyin

Sosial

“OBA”dan 13 AZN-lik alış-verişə Changan Qiyuan Q05 qazandı

“OBA” marketlər şəbəkəsinin Yeni il münasibətilə keçirdiyi “Nağıl kimi günlər” adlı lotereya kampaniyası uğurla yekunlaşıb.

Publika.az xəbər verir ki, 1–31 dekabr tarixlərini əhatə edən kampaniyada minlərlə müştəri iştirak edib və 98 qalib dəyərli hədiyyələr qazanıb. Lotereyanın baş mükafatı Changan Qiyuan Q05 avtomobilini paytaxt sakini Zəhra Şəfiyeva qazandı.

Sevindirici xəbərdir ki, “OBA”nın lotereyasının baş mükafatını qazanan Zəhra Şəfiyeva bu gün ana olub.

Qalib avtomobili cəmi 13 AZN-lik alış-verişlə qazanıb. Lotereya çərçivəsində keçirilən 8 tiraj üzrə ümumilikdə:

• 31 nəfər 100 AZN-lik OBA bonus kartı”
• 62 nəfər 50 AZN-lik OBA bonus kartı
• 4 nəfər iPhone 17 Pro
• 1 nəfər isə Changan Qiyuan Q05 avtomobili qazanıb.

“Nağıl kimi günlər” lotereyası bir daha göstərdi ki, “OBA” marketlər şəbəkəsi müştərilərinə yalnız sərfəli alış-veriş deyil, real hədiyyələr qazandıran və yüksək etibara əsaslanan kampaniyalar təqdim edir. Bu günədək keçirdiyi lotereyalarda həm avtomobil, həm də mənzil qazandıran “OBA”, ölkədə ən çox qalib sevindirən pərakəndə şəbəkələrdən biri kimi mövqeyini daha da gücləndirib.

Lotereyada iştirak etmək üçün “OBA” marketlərindən minimum 10 AZN-lik alış-veriş etmək, ödəniş zamanı OBA Plus mobil tətbiqini kassada oxutmaq və ya qəbzdəki kodu tətbiq və rəsmi lotereya platforması vasitəsilə daxil etmək kifayət edib. Şanslar avtomatik hesablanıb və tirajlar şəffaf şəkildə aparılıb.

“OBA” marketlər şəbəkəsi gələcəkdə də müştərilərinə dəyər qatan, həyəcan və motivasiya yaradan kampaniyalar keçirməyi davam etdirəcək.

2016-cı ildən fəaliyyət göstərən "OBA Market" MMC hazırda 17 00-ə yaxın marketi və 12 000-dən çox əməkdaşı ilə 1 milyona yaxın müştəriyə keyfiyyətli və qənaətli məhsulları ilə məmnunluqla xidmət göstərməkdən qürur duyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm