Dünya
“Razılığa gələ bilməsələr, axmaqdırlar”
Davosda keçirilən 56-cı Ümumdünya İqtisadi Forumunun iclasında çıxış edən ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama verib.
Publika.az xəbər verir ki, Tramp iki ölkənin razılığa gələ biləcəyini bəyan edib.
"İnanıram ki, onlar razılığa gələ biləcəkləri bir nöqtəyə çatıblar və əgər bunu bacarmasalar, axmaqdırlar. Bu, hər ikisinə aiddir və bilirəm ki, onlar axmaq deyillər", - o söyləyib.
Tramp vurğulayıb ki, hər həftə cəbhə xəttində minlərlə insan ölür və buna dərhal son qoyulmalıdır:
"Bu, dəhşətlidir. Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında böyük bir nifrət var. Bu, razılaşmalar üçün yaxşı deyil. Düşünürəm ki, Ukrayna da razılaşma əldə etmək istəyir və bunun üçün çalışacağıq".
Roza
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO




































