Sosial
Bakıda yaşayış binasının anbarında yanğın təhlükəsi aradan qaldırıldı - VİDEO/FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Publika.az-a nazirliyin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yaşayış sektorunun yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində keçirilən yoxlama tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində tikinti normalarının yanğın əleyhinə tələblərinin pozularaq avtomobil şinlərinin satışı anbarının fəaliyyət göstərdiyi aşkar edilib.
Qanunvericiliyə uyğun olaraq sahibkar qarşısında obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər qoyulub və görülmüş tədbirlər nəticəsində avtomobil şinləri ərazidən daşınaraq yanğın təhlükəsi aradan qaldırılıb.
Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarlara və çoxmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə müraciət edərək binaların qeyri-yaşayış sahələrində tikinti normalarının yanğın əleyhinə tələblərinə zidd olan fəaliyyət növlərinin həyata keçirilməsinin yolverilməz olduğunu xatırladır.
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO
-
Elm və təhsil09:18Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
İdman09:12Bəhlul Mustafazadə tarixə düşdü























.jpg)


















