Nida Xəbər
Bölgədə son gərginlik narahatlıq doğurur - Bayramov Əraqçi ilə DANIŞDI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Nazir bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.
Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
































.jpg)



