Nida Xəbər
ADY ilə Gürcüstanın logistika şirkətləri arasında əməkdaşlıq müzakirə edildi - FOTO
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Group”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib.
Publika.az-a bu barədə ADY-dən məlumat verilib.
Görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.
ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu–liman əməliyyatları artıq vahid idarəetmə prinsipi əsasında təşkil edilir. Ötən il Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə uğurla inteqrasiyası limanın yükaşırma nəticələrinə də müsbət təsir göstərib. Belə ki, 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.
Görüşlərdə Bakı və Gürcüstan limanları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin Orta Dəhliz üzrə artan yükdaşımaların daha da səmərəli həyata keçirilməsinə imkan verəcəyi xüsusi vurğulanıb.
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
































.jpg)



