Nida Xəbər
Xələf Xələfov Pakistanın XİN başçısı ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO
Pakistan Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı X.Xələfov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən və planlaşdırılan təşəbbüslər barədə məlumat verib.
M. İshaq Dar Pakistanın CICA-da Azərbaycanın liderlik roluna, eləcə də regional əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş səylərinə tam dəstək verdiyini bir daha vurğulayıb.
Tərəflər həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
































.jpg)



