Sosial
Bakı şəhərsalma sahəsində qlobal miqyaslı ən böyük sərgiyə ev sahibliyi edəcək
Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əsas platformalarından biri – “Urban Expo” sərgisi miqyasına görə WUF tarixinin ən böyük sərgisi olacaq.
Publika.az xəbər verir ki, 3,5 hektarlıq sərgi sahəsini əhatə edəcək sərgi Bakı Olimpiya Stadionunu mənzil həlləri, innovasiya və əməkdaşlığın qlobal nümayişi məkanına çevirəcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edəcək, 66 ölkə isə milli pavilyonlarla təmsil olunacaq.
“Urban Expo” çərçivəsində milli pavilyonlar, icmaəsaslı təşəbbüslər, startap innovasiyaları və yeni yaradılmış Biznes və İnnovasiya Mərkəzi təqdim ediləcək. Burada mənzil təminatı, iqlim dayanıqlılığı, əlçatanlıq və inklüziv şəhər inkişafı sahələrində praktik yanaşmalar nümayiş etdiriləcək.
Sessiya çərçivəsində öyrənmə, əməkdaşlıq və praktiki fəaliyyətlərin gücləndirilməsi məqsədilə üç yeni imkan da təqdim olunacaq.
WUF Akademiyası akademik dairələri, tədqiqatçıları və peşəkarları bir araya gətirərək öyrənmə və təcrübə mübadiləsi üçün xüsusi platforma rolunu oynayacaq.
Biznes və İnnovasiya Mərkəzi şəhər dəyər zəncirinin müxtəlif istiqamətlərində liderliyi, innovativ yanaşmaları və praktik mənzil həllərini ön plana çıxaracaq.
Yeni Təcrübələr Mərkəzində isə mənzil və şəhər inkişafı sahəsində dünyada tətbiq olunan real təcrübələr və miqyaslana bilən həllər nümayiş etdiriləcək.
Qeyd edək ki, bu yeni məkanlar ideyaların, biliklərin və tərəfdaşlıqların birləşdirilməsi yolu ilə mənzil və dayanıqlı şəhərləşmə sahəsində fəaliyyətin sürətləndirilməsinə töhfə verəcək.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı




















.jpg)

.jpg)


.webp)












