Nida Xəbər
İcra başçısı özünə birinci müavin təyin etdi
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov özünə birinci müavin təyin edib.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Məhluqə Cavadova təyin olunub.
Qeyd edək ki, icra başçısının bir neçə ildir birinci müavini yox idi. M.Cavadova isə yeni təyinatdan əvvəl başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində bu vəzifə ləğv edilib.
Məlumat üçün bildirək ki, 1965-ci il təvəllüdlü M.Cavadova ali təhsilini Rusiyada alıb və ixtisasca mühəndis-mexanikdir. O, 2007-ci ildən icra hakimiyyətində işləyir və bu illər ərzində müxtəlif vəzifələrdə çalışıb.
-
Nida Xəbər 16:07Daha 7 Ermənistan vətəndaşına hökm oxundu
-
MDB14:58"Şimaldan hücumlar" barədə mifik açıqlamalar eşidirik: Lavrov Simonyanı danladı
-
Dünya14:20Qəddafinin oğlunun ölümü ilə bağlı sensasion iddia - Bacısı bu bölgəyə işarə etdi
-
Magazin114:08Səidə Bəkirqızının arxiv VİDEOSU yayıldı
-
Kriminal13:22Azərbaycanı hədələmişdi - Ömürlük cəza verildi
-
Dünya12:36Putinin xüsusi nümayəndəsindən Ukrayna müharibəsi ilə bağlı şad xəbər: İrəliləyiş var
-
Region12:12Bütün region partlayacaq: Rusiyadan İran açıqlaması
-
Nida Xəbər 11:30Zəngəzur dəhlizi açılır: Amerika nümayəndələri artıq İrəvandadır























.jpg)











