Nida Xəbər
Salatın Əsgərovanın oğlu da reabilitasiya mərkəzi açır - Video
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov da reabilitasiya mərkəzi açır.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlama verən jurnalist bu qərarının səbəblərinə toxunub:
“Əslində öz sahəmə - kütləvi informasiya vasitələrinə qayıtmağı düşünürdüm. İxtisasım həkimlik olsa da, 23 il jurnalist kimi fəaliyyət göstərdiyimə görə bu sahə mənə doğmadır. Amma reabilitasiya sferası ilə tanış olanda bunun insanlar üçün nə qədər vacib olduğunu anladım. İnsanlar asılılığın nə olduğunu tam bilmir, buna barmaqarası baxırlar. Əslində, asılılıq ölümcül xəstəlikdir, hətta deyərdim ki, xərçəngdən də ağırdır”.
Ceyhun Əsgərov Azərbaycanda reabilitasiya sahəsinin yeni olduğunu və müəyyən çatışmazlıqların mövcudluğunu qeyd edib:
“Bu sahə ölkəmizdə son 5-6 ildir ki, inkişaf etməyə başlayıb. İstəyirəm ki, diqqətimi bu sahədə olan mövcud çatışmazlıqların aradan qaldırılmasına cəmləyim və yeni reabilitasiya mərkəzi açım. Asılı gənclərimizin bu bəladan qurtulması üçün vasitəçi olmaq niyyətimdəyəm”.
Jurnalist həmçinin bu sahədə qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb: “Qanun olmayanda nəyin qanuni, nəyin qanunsuz olduğu bilinmir. Mütləq şəkildə bu barədə qanun qəbul olunmalıdır.
Digər tərəfdən, reabilitasiya mərkəzlərinin çoxu ictimaiyyət üçün qapalıdır. Fikrimcə, daha açıq və yeni modellər hazırlayıb cəmiyyətə təqdim etmək lazımdır ki, əlavə suallar yaranmasın”.
Qeyd edək ki, ötən gün əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə də reabilitasiya mərkəzi açacağını elan edib.
-
Magazin106:16Nəsrinin serialı bu tarixdə başlayır
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO

































.jpg)



