Nida Xəbər
"Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmaq istəyirlər" - Deputat
“Hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın formalaşması üçün addımlar atılır. Lakin müəyyən xarici dairələr regionumuzda sülhün təmin olunmasına maraqlı deyil. Bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmağa xidmət edən mövqe sərgiləyirlər”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, ölkəmizə qarşı daim qərəzli mövqe nümayiş etdirən təşkilatlardan biri Avropa Parlamentidir. Torpaqlarımız işğal altında olanda təcavüzkar Ermənistana qarşı heç bir addım atmayan bu təşkilat ölkəmizi “insan hüquqları və demokratiya” bəhanəsi ilə hədəfə alırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanın “vəkili” rolunda çıxış etməklə Avropa Parlamenti gerçək simasını aşkara çıxardı.
Bugünlərdə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanat verib. Əlbəttə, bu bəyanatın heç bir əsası yoxdur. Çünki həmin ermənilərin konkret olaraq müharibə cinayətləri sübuta yetirilib. Azərbaycan cəmiyyəti hər zaman bu qurumun qərəzli mövqeyini etirazla qarşılayır. Bu baxımdan, Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin bəyanatına münasibəti diqqəti cəlb edir. İcma həmin bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndirib. İcma bəyan edib ki, Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir.
“Əlbəttə, Qərbi Azərbaycan İcması bu mövqeyində tamamilə haqlıdır. Çünki Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir”, - deyə millət vəkili söyləyib.
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir









































