Nida Xəbər
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
Naxçıvanda hərbi çağırış sistemində baş verənlərə dair məhkəmə prosesində səslənən iddialar diqqət çəkib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun işi üzrə ortaya çıxan rəqəmlər və adlar korrupsiya mexanizminin mümkün miqyasını göstərir.
7 il 2 ay azadlıqdan məhrum edilən polkovnik-leytenantın 223 nəfərdən ümumilikdə 505 min manatdan çox rüşvət aldığı müəyyənləşib. Məhkəmə ifadələrində isə daha yüksək vəzifəli şəxslərin adları hallandırılıb. Bildirilir ki, Naxçıvan üzrə xidmət rəisi Mirzə Cəlilovun göstərişləri əsasında çağırışçılardan 1800 manatdan 5000 manatadək vəsait toplanıb. İş materiallarında səslənən iddiaya görə, bu vəsaitlərin bir hissəsi Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov ilə əlaqələndirilib.
İfadələrdə iddia olunur ki, möhlət hüququ verilmiş çağırışçılardan toplanan 800-900 min manata yaxın vəsait sabiq sədrin göstərişi ilə Seymur Talıbovun sürücüsünə ötürülüb və məbləğin müəyyən faizi müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülüb.
Mövcud ifadələr və mümkün sübutlar fonunda Seymur Talıbov cinayət məsuliyyətinə cəlb oluna bilərmi?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Vasif Talıbovun dövründə Naxçıvan MR-də baş verən bütün neqativ hadisələrin arxasında Talıbovlar dayanırdı:
“Amma məsələ burasındadır ki, o dövrdə cinayət törədən məmurların da hamısı peyğəmbər övladı deyildilər. Şəxsən mənim üçün o məmurların həbs olunduqdan sonra qalxıb “biz nə edək, Vasif Talıbov və ya onun oğlu dedi, biz də cinayətə əl atdıq” deməsi günahın kəfarəti, cinayətkarın bəraəti üçün əsas sayıla bilməz. İstənilən məmuru ona görə vəzifəyə təyin edirlər ki, baş verə biləcək saxtakarlığın qarşısını alsın, dövlətin ona həvalə etdiyi işləri qanunlara uyğun şəkildə tənzimləsin. O isə kiminsə göstərişi ilə cinayət törədirsə, məsuliyyəti təkcə əmr verənlərin üzərinə yıxa bilməz. Törədilən cinayətlərdə əmr sahiblərinin yox, qulluqçuların imzası yer alır. Öz imzasının məsuliyyətini başa düşməyənlər də ağır cəza almalıdırlar ki, başqalarına görk olsun”.
Heydər Oğuz qeyd edib ki, adı müxtəlif cinayətlərdə hallanan Vasif Talıbov və oğlu Seymur Talıbov indiyədək məhkəmə qarşısında cavab verməyib:
“Bu da istər-istəməz ədalətin rəmzi olan məhkəmə sisteminin obyektivliyinə kölgə salır. Hakimlər də öz məsuliyyətini anlayıb, cinayət hadisələrini ədalətli araşdırmalıdırlar. Sabah yəqin ki, onlar da çıxıb “biz də göstəriş alıb cinayətləri obyektiv araşdırmadıq” deyəcəklər. Təbii ki, onların da iddiaları haqlı görülməyəcək və gələcək nəsillərin qınağına tuş gələcəklər. Belə bir perspektivlə qarşılaşmamaq üçün hakimlər öz vəzifə borclarını ədalətlə yerinə yetirməlidirlər”.
Hüquqşünas Rövşən Məmmədov isə deyib ki, Seymur Talıbov məsuliyyətə cəlb olunmaya bilər:
“Əgər Həsən Məmmədov deyirsə ki, aldığı rüşvəti digər şəxslərə ötürüb, bu sadəcə iddiadır. İstintaq materialında bunu sübut edə bilmirsə, başqa şəxs məsuliyyətə cəlb oluna bilməz. Məsuliyyət əsasən Həsən Məmmədovun üzərində qalır”.
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar
-
Magazin113:48Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
-
Nida Təhlil 13:42Vaşinqtonda təxribat: Həmin qüvvələr Azərbaycana qarşı sistemli fəaliyyət göstərir
-
Sosial13:18Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video/Foto
-
Nida Xəbər 12:42Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər
-
Dünya12:18ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisindən keçərək bu türk dövlətinə uçub







.jpg)














.jpg)















