Nida Xəbər
Süni intellektin məhkəmələrin fəaliyyətində tətbiqi ilə bağlı çoxsaylı təkliflər var - Kərəm Mansurov
"Bu gün məhkəmə sistemində süni intellektin tətbiqi məsələsi yalnız texnologiya məsələsi deyil, artıq institusional məsuliyyət məsələsidir".
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.
O bildirib ki, süni intellekt hakim qərarını əvəz etmir, onu daha keyfiyyətli və əsaslandırılmış edir, hakimin analitik imkanlarını genişləndirir: "Əsas hədəf isə dəyişmir: ədalətli, əsaslandırılmış və ictimai etimada layiq məhkəmə qərarı".
Aparat rəhbərinin sözlərinə görə, hazırda sistem üzərindən 13 qurumla 23 istiqamət üzrə inteqrasiya aparılır: "Süni intellektin məhkəmələrin fəaliyyətində tətbiqi və məlumat mübadilələri ilə əlaqədar sorğumuz əsasında hakim korpusundan xeyli əsaslı təkliflər daxil olub və həmin təkliflər təhlil edilməkdədir. Eyni zamanda, müvafiq sistem kritik informasiya obyekti olduğundan kibertəhlükəsizlik ilə əlaqədar, Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə bu sahədə sıx əməkdaşlıq davam etdirilməkdədir. Habelə təhlükəsizlik baxımından əsas və ehtiyat serverdən Hökumət buluduna keçidlə bağlı zəruri addımlar atılmaqdadır".
K.Mansurov deyib ki, hazırda "Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi üzrə işlər yekunlaşmaq üzrədir: ""Elektron məhkəmə" informasiya sistemi digər sistemlər kimi 4 amil üzərində qurulub: insan kapitalı, mövcud infrastrukturun yenilənməsi; bu sahədə hüquqi təminatın müasir tələblərə uyğunlaşdırılması və idarəetmə proseslərinin çevikliyi. Məhkəmə-Hüquq Şurasının 12 iyul 2024-cü il tarixli qərarı ilə "Elektron məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi üzrə İşçi Qrup təchiz edilib. 2024-cü ilin noyabr ayında Məhkəmə-Hüquq Şurası Aparatında 10 ştatdan ibarət Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsi yaradılmış və hazırda tam komplektəşdirilib. 2025-ci ilin aprel ayından "Elektron məhkəmə" informasiya sistemi ilə əlaqədar Çağrı Mərkəzi və aidiyyəti texniki problemləri həll edən Texniki dəstək qrupu fəaliyyətə başlayıb. Qlobal rəqabət mühitində informasiya sisteminin müasir tələblərə uyğun yeni versiyasının hazırlanması üzrə aparılan genişmiqyaslı işlər hazırda yekunlaşmaq üzrədir. Müvafiq auditlər, sınaq testləri və məhkəmə korpusu ilə keçiriləcək təlimlər uğurla tamamlandıqdan sonra yeni versiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Daha sonra müvafiq sistemdən istifadə qaydaları yeniləcək".
Aparat rəhbəri əlavə edib ki, bu günədək "Elektron məhkəmə" informasiya sisteminin şəxsi kabinetində 252 min 76 istifadəçi qeydiyyatdan keçib: "Ümid edirik ki, aparılan islahatlar və görülən işlər nəticəsində yaxın zaman bu sayın dəfələrlə artacağının şahidi olacağıq".
K.Mansurov vurğulayıb ki, Məhkəmə-Hüquq Şurası fəaliyyətinin bütün istiqamətlərində rəqəmsallaşma siyasətinə sadiqliyini nümayiş etdirir. O deyib ki, məhkəmə sistemində rəqəmsallaşma yalnız texnoloji modernləşmə deyil, ədalət mühakiməsinin keyfiyyəti, əlçatanlığı, səmərəliliyi və etibarlılığının artırılması vasitəsidir. Qeyd edib ki, "Elektron məhkəmə" informasiya sistemi ayrı-ayrı alətlər toplusu deyil, vahid ekosistem kimi qurulmalıdır. Süni intellekt isə bu ekosistemdə hakim müstəqilliyini gücləndirən və prosesi sürətləndirən köməkçi mexanizm kimi çıxış etməlidir. "Bir sözlə texnologiya dəyişir, amma ədalətin müəllifi dəyişmir", - Aparat rəhbəri vurğulayıb.
"Rəqəmsallaşma üzrə mövcud proseslər vahid həlqə təşkil etdiyindən, istər "Elektron məhkəmə" informasiya sistemi , istərsə də digər platformalar üzrə süni intelekt ekosistemində uğur yalnız aidiyyəti dövlət qurumları, habelə digər təsisatlar arasında sıx koordinasiya və sağlam əməkdaşlıq nəticəsində mümkündür" - deyə K.Mansurov əlavə edib.
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar
-
Magazin113:48Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
-
Nida Təhlil 13:42Vaşinqtonda təxribat: Həmin qüvvələr Azərbaycana qarşı sistemli fəaliyyət göstərir
-
Sosial13:18Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video/Foto
-
Nida Xəbər 12:42Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər
-
Dünya12:18ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisindən keçərək bu türk dövlətinə uçub






.jpg)














.jpg)















