Nida Xəbər
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
Yeni DOST mərkəzlərinin, filial və məntəqələrinin yaradılması bu il də əsas hədəflər sırasındadır və DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində cari ildə növbəti addımlar atılacaq.
Publika.az xəbər verir ki, gbu barədə DOST Agentliyinin Müşahidə Şurasının iclasında bildirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olan DOST modeli dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında, çevik və tam şəffaf şəkildə göstərilməsini təmin edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası mötəbər beynəlxalq qurumlar tərəfindən xüsusi mükafatlara layiq görülüb və bu gün bir sıra ölkələr DOST təcrübəsinə böyük maraq göstərirlər.
Qeyd edilib ki, 2019-cu ildən Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətlərindən faydalanması üçün Qarabağ Regional DOST Mərkəzi, habelə Zəngilanda “Smart DOST” məntəqəsi, Şuşa və Tərtərdə DOST filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
DOST mərkəzlərində ötən dövrdə 4,2 milyon vətəndaşa xidmət göstərildiyi, xidmətlərdən məmnunluq səviyyəsinin 98,8 faiz olduğu diqqətə çatdırılıb. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işlərinin davam etdirildiyi qeyd edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin və tabeli qurumların ötən ilki fəaliyyəti və 2026-cı il üzrə strateji hədəflərinə dair məlumat verib. İclasda DOST xidmətləri sahəsində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.
-
Nida Xəbər 20:34"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
















.jpg)



















