Nida Xəbər
Zakir Fərəcov sakinlərlə görüşdü - FOTOLAR
Fevralın 27-də Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə növbəti səyyar qəbul-görüş təşkil olunub.
Publika.az xəbər verir ki, qəbul Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 8-ci mikrorayon ərazisində keçirilib.
Səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların gündəlik həyatlarını narahat edən məsələlər, sosial-məişət problemləri, abadlıq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilib.
Qəbul prosesində qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.
Görüş zamanı şəhər rəhbəri Sumqayıtda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və sosial infrastruktur layihələri barədə sakinlərə məlumat verib, bu istiqamətdə görülən işlərin mərhələli şəkildə davam etdiriləcəyini qeyd edib. Vətəndaşlar öz növbəsində şəhərdə həyata keçirilən müsbət dəyişiklikləri yüksək qiymətləndirərək, səyyar qəbulların problemlərin yerində və vaxtında həllinə mühüm töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, vətəndaş məmnunluğunun artırılması, açıq dialoqun təmin edilməsi və yerli problemlərin birbaşa ünsiyyət yolu ilə həlli məqsədilə Sumqayıt şəhərində səyyar qəbul-görüşlər davamlı olaraq keçirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi












































