Nida Xəbər
Bu halda büdcə vəsaitləri səmərəli istifadə olunacaq - Həsənquliyev
"Hesablama Palatası tərəfindən ciddi nöqsanlar aşkar olunur və onların aradan qaldırılması üçün təkliflər verilir".
Publika.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı barədə deyib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq və büdcə vəsaitləri hesabına investisiya qoyuluşunun biznesin inkişafına daha ciddi töhfə verməsi üçün dövlət orqanlarının sifarişi ilə iş görən şirkətin fəaliyyəti də Hesablama Palatası tərəfindən yoxlanılmalıdır:
"Hesab edirəm ki, o zaman daha ciddi nöqsanlar aşkara çıxacaq. Onlar nədən ibarətdir? Bəlli olacaq ki, dövlət orqanları bir çox hallarda vəsaitləri vaxtında həmin şirkətlərin hesabına köçürmürlər. O şirkətlər daha yüksək faizlərlə, (16 faiz və daha yüksək) kreditlər götürürməyə və gəlirlərinin bir hissəsini banklara vermək məcburiyyətində qalırlar. Bəziləri müxtəlif formada borclanırlar, əmlaklarını satırlar ki, iş dayanmasın, davam etsin. Sonra vəsaitlərin bir hissəsi nağdlaşdırmaya və görülən işlərlə birbaşa əlaqədar olmayan xərclərə gedir. Buna görə də sahibkarlar çox az miqdarda gəlir əldə edə bilirlər. Hətta bəziləri işdən ziyanla çıxırlar. Ona görə də bizneslərini böyüdə, yeni iş yerləri aça bilmirlər. Bütün bunların qarşısını almaq üçün yaxşı olardı ki, Hesablama Palatası il ərzində az yoxlama aparsın, daha az dövlət orqanlarında yoxlama keçirsin, amma yoxlama aparırsa, mütləq işi görən şirkətin də faəliyyəti yoxlanılsın.
Bu halda sizi əmin edirəm ki, ölkədə həm korrupsiyaya qarşı mübarizə güclənəcək, həm büdcə vəsaitləri səmərəli istifadə olunacaq, həm də nəticələr daha effektli olacaq”.
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir








.jpg)






























