Nida Xəbər
Prokurorluq Gəncə İH-də araşdırma aparır
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.
Publika.az APA-ya istinadla xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.
Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.
Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.
Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto





















.jpg)
.jpg)




.webp)









