Nida Xəbər
Əli Əsədovdan mühüm açıqlama
“Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır”.
Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır:
“Bakı Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir”.
Ə.Əsədov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün ikitərəfli işçi qrupları yaradılıb:
“Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin dənizin ekosisteminə mənfi təsirinin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür”.
Baş nazir əlavə edib ki, ölkə bu vəzifələrin həllinə sistemli yanaşır, iqtisadi inkişafı ekoloji məqsədlərlə uzlaşdıraraq, “yaşıl” enerjiyə keçidə və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir.
Ə.Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonalarının” yaradılmasına da xüsusi diqqət yetirilir, burada hidroenergetika sahəsində layihələr fəal şəkildə həyata keçirilir.
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir








.jpg)






























