Nida Xəbər
TƏBİB müşavirləri 15 min manat maaş alıb?
TƏBİB-də işdən çıxarılan müşavirlərin aylıq 15 min manat maaş alması ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB sədrinin müşavirlərinin rəsmi əməkhaqları 15 000 deyil, 4200 manatdan başlayaraq 6000 manata qədər dəyişib. Lakin burada mühüm detal var: beş müşavirdən dördü yarım ştat əsaslarla çalışıb. Bu isə o deməkdir ki, həmin şəxslər göstərilən məbləğin tamını deyil, yarısını alıblar.
Bildirilir ki, yalnız bir müşavir – təchizat məsələləri üzrə müşavir Elnur Qurbanov tam ştatla fəaliyyət göstərib və tam əmək haqqı alıb.
Beləliklə, TƏBİB müşavirlərinin 15 min manat maaş alması ilə bağlı yayılan iddialar reallığı əks etdirmir. Mövcud rəqəmlər və ştat bölgüsü göstərir ki, ictimaiyyətə təqdim olunan məlumatlarla faktlar arasında ciddi fərq var.
Qeyd edək ki, TƏBİB-in işdən çıxarılan müşavirlərinin - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublunun vəzifədən azad edilməsi ilə bağlı məlumat dünən yayılıb.
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto





















.jpg)
.jpg)




.webp)









