Nida Xəbər
“Yeni Klinika”ya direktor təyin olunan Qalib İmanov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, “Yeni Klinika” tibb müəssisəsinin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.
Publika.az xəbər verir ki, klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib və bu məsul vəzifəyə tanınmış mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov təyin olunub.
Qeyd edək ki, Qalib İmanov buna qədər sözügedən klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Hələlik TƏBİB rəsmi açıqlama verməsə də, qurumun yaxın vaxtlarda ətraflı məlumat yayacağı gözlənilir.
Qalib Gəncəvi oğlu İmanov 1974-cü il avqustun 8-də Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1991-ci ildə Zaqatala şəhərində orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.
1998-ci ildə ATU-nun “Müalicə-profilaktika” fakültəsini bitirib. 1998-1999-cu illərdə Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə interna keçib.
2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 50-yə yaxın elmi məqalənin müəllifidir.
Ukrayna və Türkiyənin (İstanbul və Bursa) aparıcı tibb mərkəzlərində invaziv kardiologiya və pediatrik kardiologiya üzrə uzunmüddətli kurslar keçib.
Qalib İmanov kardiologiyanın müxtəlif sahələrində zəngin təcrübəyə malikdir:
1999–2001: Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-reanimatoloq;
2001–2009: Mərkəzi Klinik Xəstəxanada kardioloq;
2009–2014: Mərkəzi Gömrük Hospitalında invaziv və pediatrik kardioloq;
2014-cü ildən: ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.
O, invaziv kardiologiya sahəsində mürəkkəb əməliyyatların, o cümlədən koronar angioqrafiya, angioplastika, kardiostimulyatorların implantasiyası və anadanqalma ürək qüsurlarının qapalı (invaziv) üsulla müalicəsində ixtisaslaşmış peşəkar həkimdir.
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?















.jpg)





.jpg)
.jpg)















