Nida Xəbər
Xəzərlə bağlı qorxunc proqnoz: 2050-ci ilə qədər...
Xəzər dənizində suyun səviyyəsi 2050-ci ilə qədər 8-21 metr enə bilər.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Astanada keçirilən Regional Ətraf Mühit Sammitində tematik sessiyaya moderatorluq edən Xəzər dənizinin qorunması üzrə çərçivə sənədi olan Tehran Konvensiyasının müvəqqəti katibliyinin koordinatoru Mahir Əliyev məlumat verib.
“Əsrin ortalarına qədər dəniz səviyyəsinin 8 ilə 21 metr arasında düşə biləcəyi ilə bağlı bəzi proqnozlar var”, - o deyib.
Mahir Əliyev əlavə edib ki, Xəzər dənizinin dayazlaşması probleminin həlli bir tərəfin qısamüddətli səyləri əvəzinə, su hövzəsinə çıxışı olan beş ölkənin hamısının uzunmüddətli iştirakını tələb edir.
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın bura çıxışı var. 2003-cü ildə dövlətlər Tehranda imzalanmış Xəzər dənizinin mühitinin qorunması haqqında konvensiyanı imzalayıblar. Bu sənəd Xəzər bölgəsində ətraf mühitin qorunması üçün ümumi tələbləri müəyyən edir və bu məqsədlə lazımi mexanizmlərin yaradılmasını nəzərdə tutur.
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi















.jpg)




.jpg)
.jpg)















