Nida Xəbər
Tovuzda bu kəndə gələn geri dönmür - VİDEO
Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Tovuz rayonu ərazisində yerləşən Yuxarı Öysüzlü kəndinə səfər edilib.
Publika.az xəbər verir ki, Yuxarı Öysüzlü kəndi Tovuzun ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. Vaxtilə 6-7 min nəfər əhalisi olan kənddə son illərdə artım müşahidə olunub və əhali sayı 8 mini keçib. Kənd həm geniş ərazisi, həm də zəhmətkeş insanları ilə seçilir.
Veriliş çərçivəsində kənd sakinləri ilə həmsöhbət olunub, onların gündəlik həyatı, sosial problemləri və kəndə bağlılıqları barədə fikirləri öyrənilib. Sakinlər əsas problemlərdən birinin içməli su çatışmazlığı olduğunu bildiriblər.
Kənd sakini Etibar bəyin sözlərinə görə, su xətləri çəkilsə də, hələ də istifadəyə verilməyib:
“Bulaqlar tikilib, xətlər çəkilib, amma su verən yoxdur. Yay gəlir, ən böyük dərdimiz sudur”.
Verilişdə kəndin tarixi məkanlarına da baş çəkilib. 1874-cü ilə aid olan kənd məscidi və qədim bəy evləri bu ərazinin mühüm tarixi abidələri kimi təqdim olunub. Bildirilib ki, bu tikililər vaxtilə həm yaşayış evi, həm də məktəb və uşaq evi kimi istifadə edilib.
Kəndin adı ilə bağlı maraqlı məlumatlar da diqqətə çatdırılıb. Əvvəllər “Öksüzlü” adlanan bu yaşayış məntəqəsinin adı zamanla dil dəyişiklikləri nəticəsində “Öysüzlü” formasına düşüb və “evsizlər” mənasını ifadə edib.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?












.jpg)






.jpg)
















