Nida Xəbər
Keniyanın Prezidenti: Möhtəşəm şəhərdə keçirilən bu görüş xüsusi əhəmiyyət daşıyır
Biz bu möhtəşəm ölkədə – Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumuna toplaşmışıq və mən Prezident İlham Əliyevə bizi səmimi qarşıladığına və göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.
Publika.az xəbər verir ki, bu barədə Keniyanın Prezidenti Vilyam Ruto Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəzində Liderlərin Bəyanatı zamanı bildirib.
O qeyd edib ki, bu forum son dərəcə mühüm əhəmiyyət daşıyır:
“Demək olar ki, bütün ölkələrdə mənzil problemi ciddi çağırış olaraq qalır. Statistik göstəricilər göstərir ki, 3 milyard insan qeyri-adekvat mənzil şəraitindən əziyyət çəkir. 1 milyard insan gecəqondularda yaşayır, 300 milyon insan isə evsizdir. Bunlar sadəcə soyuq statistika deyil. Bunlar rəqəmlər deyil. Bunlar insanlardır. Bunlar ailələrdir. Bunlar uşaqlardır. Məhz buna görə də böyük tarixə malik bu möhtəşəm şəhərdə keçirilən bu görüş xüsusi əhəmiyyət daşıyır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsi təsdiq edir ki, mənzil hüquqdur.
Bu gün Bakıda olduğumuz bir vaxtda dünya miqyasında ciddi mənzil problemi ilə üz-üzəyik və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində təsbit olunan hüquq pozulur. Keniyada 1100 qeyri-rəsmi yaşayış məntəqəsi var. 7 milyon insan həmin yaşayış məntəqələrində yaşayır”, - V.Ruto qeyd edib.
-
Avropa15:49260 sərnişin daşıyan bərə batdı
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
İdman12:47Qabırğaları sınıb ağciyəri deşilsə də, yarışı dayandırmadı - VİDEO
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı






.png)

















.png)













.jpg)