Nida Xəbər
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı - İkisi də “kars”a salınıb
Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov “kars”a salınıb.
Publika.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb. Bildirilib ki, S.İbrahimov müəssisədə nizam-intizam qaydalarını pozması səbəbindən cəzalandırılıb.
Həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl Sahib İbrahimov həmin cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə qarşı da aqressiv hərəkətlər edib.
Hazırda tibb məntəqəsində qalan Sahib İbrahimovun cərimə təcridxanasından sonra digər cəzaçəkmə müəssisəsinə göndəriləcəyi iddia olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Nazim Bəydəmirlinin də “kars”a salınmasına dair məlumat yayılmışdı.
Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. O, 2022-ci ildə dələduzluqda və vəzifə cinayətlərində təqsirli bilinərək 6 il 9 ay azadlıqdan məhrum edilib. Nazim Bəydəmirli isə 2023-cü il iyulundan həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və 8 il həbsə məhkum olunub.
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA





































