Nida Xəbər
Qızıl Orda irsinə həsr olunan sərgi keçirilib
Bu gün, 19 may tarixində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, identiklik” mövzusunda beynəlxalq simpoziumun açılışı baş tutub.
Publika.az xəbər verir ki, 19–20 may tarixlərində UNESCOnun himayəsi ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən alimlər və ekspertlər iştirak edir.
Simpoziumun əsas məqsədi Qazaxıstanı Qızıl Orda irsinin öyrənilməsi üzrə beynəlxalq mərkəz kimi tanıtmaq, həmçinin Cuçi Ulusunun Mərkəzi Avrasiya tarixindəki rolunu araşdırmaqdır.
Tədbir çərçivəsində Qızıl Orda irsinə həsr olunmuş sərgi də təqdim olunub. Sərgidə arxeoloji tapıntılar, yazılı mənbələr və mədəni artefaktlar nümayiş etdirilir. Ekspozisiya dövlətçilik, hərb, mədəniyyət, eləcə də çöl və şəhər sivilizasiyalarının qarşılıqlı təsiri kimi mövzuları əhatə edir.
Xüsusi diqqət 70 tarixi abidəni əhatə edən interaktiv xəritəyə yönəlib. Onlardan 17-si 3D vizuallaşdırma ilə təqdim olunur.
Sərgidə “Şəjire xanlar” əlyazması, Katalon atlası, sikkələr, diplomatik məktublar və digər nadir eksponatlar da yer alıb.
Ekspozisiya Sarayşıq, Sığanak və Barşınkent kimi qədim şəhərlərin materialları əsasında hazırlanıb.
Müəllif: Tural
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu







.png)
















.png)












.jpg)