Nida Xəbər
Ermənistan həm Azərbaycanla sülh istəyir, həm də silahlanır - “Eurasianet”
Ermənistan Azərbaycanla uzunmüddətli sülhü təmin etməyə çalışarkən eyni zamanda Hindistanla hərbi tərəfdaşlığını gücləndirməyə çalışır.
Publika.az xəbər verir ki, bu barədə “Eurasianet”in təhlili yazısında bildirilir.
Nəşr Hindistan Müdafiə Tədqiqat Qanadı (IDRW) tərəfindən yayılan hesabata istinad edib. Hesabata əsasən, Ermənistan 155 mm-lik artilleriya mərmiləri və “Pinaka” raket sistemləri də daxil olmaqla, Hindistan sursatının istehsalı üçün öz daxili istehsal xətlərini yaratmaq niyyətindədir.
Hesabatda məsələ ilə bağlı ikitərəfli danışıqların nə qədər irəlilədiyi, potensial razılaşmanın mümkün ölçüsü və ya dəyəri göstərilmir.
“Eurasianet” vurğulayır ki, son illərdə Cənubi Qafqaz Cənubi Asiyada Hindistan və Pakistan arasında gərgin rəqabətin davamı halına gəlib. Ermənistan Hindistanla müdafiə əlaqələri qurarkən, Azərbaycan, Pakistan və Türkiyə təhlükəsizlik tərəfdaşlığı qurublar.
Bildirilir ki, Ermənistan üçün Hindistanla artan strateji əlaqələr İrəvanın tarixi müttəfiqi olan Rusiya ilə hazırkı gərgin münasibətlərini əks etdirir.
Müəllif: Tural
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı






.png)

















.png)












.jpg)