Nida Xəbər
Kəmaləddin Heydərov Belarusun memarlıq və tikinti naziri ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Respublikasının memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Bakının uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirdə Belarus nümayəndə heyətinin iştirakının ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
İki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Belarus arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb, bu çərçivədə tikinti və təhlükəsizlik sahəsində ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı






.png)

















.png)












.jpg)