Nida Xəbər
İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi - FOTO
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.
Publik.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib.
Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.
Görüş çərçivəsində həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı






.png)

















.png)












.jpg)