Nida Xəbər
Parisdə Müstəqillik Günü münasibətilə qəbul təşkil olundu - FOTO
Azərbaycanın Fransadakı Səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin və Silahlı Qüvvələrin Fransadakı Hərbi Attaşelik Aparatının birgə təşkilatçılığı və dəstəyi ilə Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə geniş qəbul təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə Fransanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, UNESCO-nun Baş direktoru Xalid əl-Ənani, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri, eləcə də Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və Silahlı Qüvvələrin hərbi attaşesi Cavid Abdullayev çıxış ediblər.
Çıxışlarda Müstəqillik Gününün Parisdə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, müsəlman Şərqində və türk dünyasında ilk dəfə olaraq dünyəvi, parlamentli, müstəqil demokratik respublika məhz Azərbaycanda yaradılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan bəhs edilərək, onun mütərəqqi qanunlar qəbul etdiyi, qadınlara seçki hüququ verdiyi və güclü milli dövlətçilik şüuru formalaşdırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 1990-cı illərin əvvəllərində yenidən müstəqillik qazanan Azərbaycan böyük çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin xilasedici missiyası və yorulmaz fəaliyyəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən, ölkəmizin dayanıqlı sülhün, regional əməkdaşlığın və bağlantıların təşviqi, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətdən danışılıb.
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf yolu, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rol, həmçinin qazandığı zəfərlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda Silahlı Qüvvələr ilk dəfə ötən əsrin əvvəllərində formalaşdırılıb.
Vurğulanıb ki, Azərbaycan regionun ən güclü ordularından birinə malikdir. Vətən müharibəsində Ordumuzun qazandığı Zəfər, ərazi bütövlüyümüzün bərpası və beynəlxalq hüququn təmin olunması bu gücün bariz nümunəsidir.
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə25 İyul 19:15Şəhid anası vəfat etdi - FOTO























.jpg)













