Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bizi izləyin

Nida Xəbər

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Azərbaycan tarixində mühüm siyasi əhəmiyyətə malik günlərdən biri 28 May- Müstəqillik Günüdür. 108 il əvvəl müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradı.

Publika.az xatırladır ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi.

Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etdi.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Lakin Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 faiz torpaq işğal olundu və bir milyondan artıq insan öz yurd-yuvasında didərgin düşdü.

1993-cü ildə Ulu öndər Heydət Əliyevin hakimiyyətə ikinci qayıdışı nəticəsində Ermənistanla müvvəqqəti atəşkəsə nail olundu. Atəşkəs dövründə ümummilli liderin apardığı siyasət nəticəsində həm iqtisadi, həm sosial, həm də hərbi sahədə islahatlar həyata keçirildi.

2020-ci il sentyabrın 28-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu tərəfindən aparılan 44 günlük döyüş əməliyyatı nəticəsində ermənilər tərəfindən işğal edilmiş ərazilər azad edildi. 2023-cü il cəmi bir sutka ərzində isə həyata keçirilən anti-terror əməliyyatı nəticəsində Azərbaycan özünün süverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm