Nida Xəbər
Bakı-Tbilisi-Qars dəmir yolu açıldı
İyunun 2-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı olub.
Publika.az xəbər verir ki, açılış mərasimində Gürcüstan Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib.
Tədbirə həmçinin Gürcüstan hökumətinin üzvləri, deputatlar, diplomatik korpusun və tərəfdaş ölkələrin nümayəndələri, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, eləcə də Özbəkistan və Qazaxıstandan qonaqlar qatılıblar.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, yeni dəmir yolu xətti Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir və Avropa ilə Asiya arasında əlaqənin gücləndirilməsində mühüm rol oynayır:
“Yeni dəmir yolu marşrutu regionda əlavə tutum yaradır, yük axını marşrutlarının şaxələndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verir və regionun əlaqəsini gücləndirir. Yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşımalarının həcmi hər il artır. Xəttin tam istismara verilməsi ilə layihənin tutumu 5 milyon tona qədər artacaq, bu da regiona əlavə yük axınlarını idarə etməyə və nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək”.
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)