Nida Xəbər
FHN maarifləndirmə tədbiri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, bu çərçivədə, Agentlik ilə Nazirliyin Bakı Regional Mərkəzi birgə tədbir keçirib.
Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma mənbələri ilə bağlı fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının məsul şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov görüşün əhəmiyyətindən söz açıb, Nazirliyin aidiyyəti qurumları ilə sözügedən sahədə fəaliyyət göstərən müəssisələr arasında səmərəli əməkdaşlığın vacibliyindən danışıb.
Daha sonra FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Xəzər Əmiraslanov görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib, radiasiya təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
Tədbirdə radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin əsasları, radioloji qəza hallarında idarəetmə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbəli avadanlıqların istismarı ilə əlaqədar tələblərin icrasına dair müzakirələr aparılıb. Həmçinin, tədbirdə radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimatlardan və daxili nəzarətdən, eyni zamanda bu sahədə fəaliyyətin qiymətləndirilməsi ilə bağlı məsələlərdən danışılıb.
Tədbirdə suallar cavablandırılıb, geniş müzakirə aparılıb.
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO






.jpg)
.jpg)
.jpg)




.jpg)






.png)


.jpg)

.jpg)












