İdman
Seksist videoya görə əməkdaşlığı dayandırdılar
Qolf avadanlığı istehsalçısı “Callaway” qadına qarşı zorakılığı trivializə etməkdə ittiham olunan reklam videosuna görə məşhur qolf kontent platforması “Good Good” ilə əməkdaşlığı dərhal dayandırıb.
Publika.az xəbər verir ki, “Good Good”un hazırladığı və ötən həftə yayımlanan reklam çarxında platformanın həmtəsisçisi Qaret Klark peşəkar qolfçu və kontent yaradıcısı Aleksis Mjestovskinin yeni qolf çubuğuna əl uzatmasından sonra onu yerə itələyir və “Yeni driverimə toxunma” deyə qışqırır.
Video sosial şəbəkələrdə geniş tənqid olunub. İstifadəçilər çarxın qadınlara qarşı zorakılığı zarafat və əyləncə vasitəsi kimi təqdim etdiyini bildiriblər. Bundan sonra həm “Callaway”, həm də “Good Good” videonu silərək üzr istəyib.
“Callaway” şirkəti açıqlamasında videoya nəzarət prosesinin kifayət qədər hərtərəfli olmadığını etiraf edib. Şirkət qadınlara qarşı zorakılığın qəbuledilməz olduğunu və heç vaxt əyləncə vasitəsinə çevrilməməli olduğunu vurğulayıb.
Şirkət həmçinin qadınlara qarşı zorakılığın qarşısının alınması və zərərçəkənlərə dəstək göstərilməsi ilə məşğul olan təşkilatlara 1 milyon dollar ianə edəcəyini açıqlayıb.
“Good Good”la əməkdaşlıq 2023-cü ildən davam edirdi. Platformanın 2,13 milyondan çox “YouTube” abunəçisi var və qolf sahəsində ən populyar kontent istehsalçılarından biri hesab olunur.
Bundan başqa, “Good Good” noyabr ayında Texas ştatının Ostin şəhərində keçiriləcək PGA Tour turnirinə sponsorluqdan da geri çəkilib.
Şirkətin baş direktoru Mett Kendrik təşkilatın baş verənlərdən nəticə çıxarmalı olduğunu və PGA Tour-un etimadını yenidən qazanmaq üçün çalışacaqlarını bildirib.
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO



















.jpg)




















