Nida Xəbər
Bakı metrosunda baş verən terror aktının ildönümüdür
Bu gün Bakı metrosunda 1994-cü ildə baş verən ikinci terror aktının 32-ci ildönümüdür.
1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı olub.
Publika.az xatırladır ki, həmin gün saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış qatarın ikinci vaqonunda partlayış baş verib.
Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.
"28 May" və "Gənclik" stansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci il noyabrın 29-da Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi






















.jpg)








.jpg)

.jpg)