Nida Xəbər
“Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir” - Qafarov
“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni mərhələyə keçid etməsinin daha bir təsdiqi oldu.”
Publika.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Onun fikrincə, Prezident İlham Əliyevin bu səfər münasibətilə mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. “Son illər həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz “yaşıl enerji” sahəsində də Avropanın mühüm tərəfdaşlarından birinə çevrilməkdədir. Bu isə Azərbaycanın beynəlxalq enerji siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Dünya enerji bazarında baş verən dəyişikliklər, iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinin inkişafı qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi öz enerji strategiyasını zamanın çağırışlarına uyğun şəkildə yeniləyir. Dövlət başçısının bəyanatında səsləndirilən faktlar göstərir ki, ölkəmiz artıq təkcə neft və təbii qaz ixrac edən dövlət deyil, həm də gələcəyin təmiz enerji istehsalçılarından biri olmağa hazırlaşır.”
Millət vəkili bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıması təsadüfi deyil: “Məlumdur ki, Avropa enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin genişləndirilməsi məqsədlərini də prioritet elan edib. Azərbaycanın həyata keçirdiyi layihələr isə məhz bu strateji məqsədlərlə üst-üstə düşür. Mövcud elektrik ötürücü xətlərinin modernləşdirilməsi və yeni enerji marşrutlarının yaradılması ölkəmizi Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir. Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirir. Bu yanaşma ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imicini daha da gücləndirir. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini məhz Bakı ilə müzakirə edir və Azərbaycanın bu sahədəki potensialını yüksək qiymətləndirir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi eyni zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması və enerji ixracının şaxələndirilməsi ölkənin dayanıqlı inkişafına əlavə imkanlar yaradır. Bu proses Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılmasına da mühüm töhfə verir”.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi






















.jpg)








.jpg)

.jpg)