Nida Xəbər
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş oldu - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Publika.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətini vurğulayıb. O, Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olduğunu bildirib.
Həssas qrupların kiçik biznesə çıxış imkanlarına yiyələnmələrində xüsusi önəm kəsb edən bu Layihənin uğurlu icrası işlərindən bəhs edilib. Əlilliyin qiymətləndirilməsi sisteminin, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətlərində həyata keçirilmiş əməkdaşlığın önəmi vurğulanıb.
Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri qeyd edilib. Sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işlərinə, icra olunan aktiv məşğulluq proqramlarına, icbari tibbi sığorta sistemində aparılan islahatlara dair məlumat verilib.
Roland Prays ötən dövrdə görülmüş birgə işlərlə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası ilə bağlı müsbət fikirlərini bölüşüb. Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi






















.jpg)








.jpg)

.jpg)