Nida Xəbər
Şuşada çərkəzlərlə bağlı tarixi ədalət müzakirə olundu - FOTO
Bu gün Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” beynəlxalq konfransı çərçivəsində “Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi” mövzusunda panel müzakirəsi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, paneldə çərkəz xalqının tarixi yaddaşı, milli kimliyin qorunması, etnik ayrı-seçkilik və müasir müstəmləkəçilik siyasətinin nəticələri müzakirə edilib.
Panelin moderatoru, türkiyəli tədqiqatçı-jurnalist Nalan Yazgan Eriş bildirib ki, çərkəz xalqının tarixdə üzləşdiyi faciələr bu gün də hüquqi, siyasi və mədəni baxımdan öz təsirini göstərir:
“Rusiyanın Qafqaz siyasəti bütöv bir xalqın sistemli şəkildə məhv edilməsinə yönəlib və bu gün də çərkəzlərin anım tədbirlərinin keçirilməsinə maneələr yaradılır”.
Türkiyənin Çukurova Universitetinin professoru Cahit Aslan isə deyib ki, milyonlarla çərkəz ailəsi kollektiv yaddaşını mədəni irs, ailə ənənələri və anım mərasimləri vasitəsilə qorumağa çalışır:
“Kollektiv yaddaş təkcə keçmişin xatırlanması deyil, həm də gələcəyin qurulmasının əsas şərtlərindən biridir”.
Almaniyadan videobağlantı ilə çıxış edən “Azad Millətlər Liqası” İdarə Heyətinin üzvü Rustam Xuajev Rusiyada yerli xalqların siyasi təmsilçiliyinin zəiflədiyini, mədəni və sosial xarakter daşıyan sistemli ayrı-seçkiliyin gücləndiyini bildirib:
“Gənclərin həbsi və ailələrə təzyiqlər bu siyasətin tərkib hissəsinə çevrilib”.
ABŞ-dən videobağlantı ilə qoşulan Dünya Çərkəz Agentliyinin təmsilçisi Fatima Tlis isə tarixi ədalətin bərpasının vacibliyini qeyd edib:
“Çərkəzlərin ana dilinin öyrənilməsinin məhdudlaşdırılması və tarixi vətənə qayıdış hüququnun əngəllənməsi çərkəz məsələsini beynəlxalq gündəmdə aktual saxlayır”.
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır







.jpg)












.jpg)


.jpg)


















