Nida Xəbər
Ceyhun Bayramov Dmitri Şlapaçenko ilə görüşdü
yulun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhər Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə, 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən “C6” əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.
Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.
Nazir qarşı tərəfə fəaliyyətində uğurlar arzulayıb. BMT-nin yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
Hadisə22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi





























.jpg)






.jpg)

.jpg)
