Nida Xəbər
Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir
Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş genişmiqyaslı dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər.
"Biz bu məlumatları yoxlayır, faktlara əsaslanan cavablar təqdim edirik. Lakin bu gün həqiqəti sübut etmək daha çətindir. Çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu yerinə yetirməli olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər.
Son illərdə Azərbaycan öz media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir. Həyata keçirilən islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, media institutlarının potensialının artırılması, etik standartların təşviqi, media savadlılığının inkişafı və medianın sürətlə dəyişən texnoloji mühitə uyğunlaşmasının dəstəklənməsinə xidmət edir", - o vurğulayıb.
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı










.jpg)




.jpg)

















.jpg)
.jpg)

