Dünya
"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
Braziliyanın istehsalı olan “Klon” serialında "Lətifə" rolunu canlandıran aktrisa Letisiya Sabatella məhkəmədə iti "Bertoldo" üçün il yarım mübarizə aparıb.
Publika.az xəbər verir ki, bu Bu barədə “Metropoles” nəşri yazır.
İt aktrisaya qaytarılıb və o, həmin doğuşdan olan digər iti "Bebenin" qardaşını tanıdığını bildirib.
“Baytarlar Liviya və Flaviya artıq "Bertoldo"ya dermatit və otit diaqnozu qoyublar. Ondan analiz üçün qan götürülüb və o, müalicə alır, həmişəki kimi çox yeyir və bizimlə olduğuna şaddır! İndi hər şey qaydasındadır!”, deyə 55 yaşlı Sabatella deyib.
2026-cı ilin martında Letisiya Sabatella rəfiqəsinin icazəsiz başqa ailələrə verdiyi iki itini - "Bertoldo" və "Bebeni" geri qaytarmaq üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt aktrisa izah etmişdi ki, baytar olan rəfiqəsi nə Sabatellanın, nə də onun tərəfdaşı Daniel Dantasın evdə olmadığı vaxtlarda heyvanlara baxmaqda ona kömək edirmiş.
Evə qayıdan cütlük itlərin yoxa çıxdığını aşkar edib.
“Mən onun bu həddi niyə keçdiyini bilmirəm. O özü də peşman olduğu bir hərəkət etdiyini etiraf edir, bunu etməməli idi, lakin artıq heç nəyi dəyişə bilmir, çünki onlar indi başqa ailələrin qayğısındadırlar”, - deyə Sabatella həmin vaxt bildirmişdi.
"Bebeni" daha əvvəl qaytarmaq mümkün olsa da, "Bertoldo"nu məhkəmə qərarından sonra almaq məcburiyyətində qalıblar.
Aktrisa baş verənləri xəta hesab edir, lakin rəfiqəsindən hələ də izahat almadığını qeyd edir.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB28 Sentyabr 21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
















.jpg)
















.jpg)
