Nida Xəbər
Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Efiopiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Baş nazir Abiy Əhməd Əli Azərbaycanın son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandığını bildirib. O, 2026-cı ilin fevral ayında Azərbaycana rəsmi səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, həmin görüşdə aparılan səmərəli müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdiyini, əldə olunmuş razılaşmaların əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratdığını qeyd edib.
Baş nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
Abiy Əhməd Əli ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, xüsusən neft-qaz sənayesi sahəsində layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətlərdə mövcud potensialdan səmərəli istifadə olunması hər iki ölkənin maraqlarına xidmət edir.
Milli Məclisin sədri göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, səfər çərçivəsində ölkədə müşahidə etdiyi sürətli inkişafın onda xoş təəssürat yaratdığını bildirib. O, bu səfərin Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar açdığını qeyd edib.
Görüşdə spiker Sahibə Qafarova ölkəmizin inkişaf yolu haqqında danışaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması istiqamətində müstəsna xidmətlərini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf yolunda inamla irəlilədiyini, ölkəmizin beynəlxalq mövqeyinin və nüfuzunun davamlı olaraq möhkəmləndiyini vurğulayıb.
Milli Məclisin sədri Azərbaycan ilə Efiopiya arasında dövlət başçıları səviyyəsində formalaşmış səmimi münasibətlərin və yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova Baş nazirə həmçinin, ölkəmizin işğaldan azad edilmiş ərazilərində Azərbaycanın öz imkanları hesabına həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri barədə məlumat verib.
Söhbət zamanı mövcud parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Efiopiya arasında siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək






.jpg)




























.jpg)
.jpg)

.jpg)