Nida Xəbər
Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev
Sabiq deputat Etibar Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək diqqət çəkən məqamın Hikmət Hacıyevin bu sahədə yazılmış sanballı kitablardan birinə istinad etməsi olduğunu qeyd edib:
“Mənim üçün diqqəti çəkən məqam: Hikmət müəllim haqlı olaraq bu sahədə yazılmış ən sanballı kitabdan sitat gətirdi. Maraqlıdır ki, “Facebook” səhifəmdə bu ilin aprel ayında həmin kitabın təqdimatını etmişdim.
Söhbət məşhur psixoloq Jonathan Haidtın yazdığı “The Anxious Generation” (“Həyəcanlı nəsil”) kitabından gedir”.
Onun sözlərinə görə, C.Haidt “Rəqəmsal epoxa”da aşağıdakı islahatları təklif edir:
“Yuxarı siniflərə qədər heç bir smartfon. Uşaqların gün boyu internetə çıxışlarını qadağan etmək üçün valideynlər onlara (9-cu sinfə qədər) adi telefon (internet-brauzersiz) verməlidirlər.
16 yaşına qədər heç bir sosial şəbəkə. Uşaqların sosial şəbəkələrə yarış naminə qoşulmalarının əvəzinə onların bu həssas dövründə zehinlərinin inkişafının təbii yollarını axtarın.
Məktəblərdə telefon qadağan olunmalıdır. Bütün məktəblərdə - ibtidai təhsildən tutmuş tam orta təhsilə qədər uşaqlar telefonlarını, smart-saatlarını və digər qurğuları xüsusi şkaflara, yaxud çantalarına yerləşdirməlidirlər. Yalnız bundan sonra onlar bir-biriləri və müəllimləri ilə ünsiyyət qurmağa maraq göstərə bilərlər.
Daha çox azadlıq və oyunlarda müstəqil (müdaxiləsiz) hərəkət. Məhz bunun hesabına uşaqlar sosial bacarıqlarını inkişaf etdirə, qorxunu aradan qaldıra və müstəqil şəkildə böyüyə bilərlər”.
E.Əliyev kitabın Azərbaycan dilinə tərcüməsinin çox vacib olduğunu da vurğulayıb:
“Haidt yazır ki, bütün bunlar böyük maliyyə tələb etmir və hətta qanunvericiliyin köməyi olmadan belə həyata keçirilə bilər. Kitabın Azərbaycan dilinə tərcüməsi çox vacibdir”.
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev
-
Rəsmi xronika11:09İlham Əliyev Mərakeş Kralını təbrik etdi
-
İdman10:54Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi - FOTO
-
MDB09:20Ukrayna “Wildberries”in anbarını vurdu - Yanır
-
Magazin208:53"Behzat Ç." saxlanıldı



















.jpg)





.jpg)










