Nida Xəbər
Azərbaycan səfirliyindən "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab
"The Guardian" qəzetində dərc edilmiş qərəzli məqalə ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən məlumat verilib.
Məktubda qeyd olunub ki, müəllifin fikirlərinin əksinə olaraq müvafiq film şovinist mövqe ehtiva edir və mövcud reallığı əks etdirmir. Həmçinin keçmiş münaqişədən bəhs edərkən Azərbaycan xalqının yaşadığı faciələr, işğalın humanitar və sosial nəticələri, eləcə də davam edən mina təhlükəsi nəzərə alınmalıdır.
Məktubda keçmiş münaqişənin səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğu və Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdiyi də nəzərə çatdırılıb.
Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi, Azərbaycan və Ermənistan liderlərinin son görüşlərində sülhün və normallaşmanın artıq konkret nəticələrinin müzakirə edildiyi vurğulanıb. Bu xüsusda iki ölkə arasında ticarət əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və regional bağlantı layihələrinin müzakirə olunması qeyd olunub.
Azərbaycan tərəfinin diqqətin keçmiş münaqişənin yaratdığı bölünmələrə deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrə yönəldilməsinin tərəfdarı olduğu vurğulanıb.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.jpg)
.png)





















