Nida Xəbər
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
“1993-cü il o qadalı günləri yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda keçirilən II Bal Festivalında çıxışı zamanı səsləndirib.
O bildirib ki, həmin dönəm Kəlbəcərdən məcburi köçkün düşənlərin yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası olub:
“Həmin günləri mən bu gün də böyük faciə hissi ilə xatırlayıram. Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır.
Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək.
Bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Sizi, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn diplomatları həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə bir daha təbrik və sizə dərin təşəkkürümü bildirirəm.
Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər









.jpg)




























