Son dörd ildə DSMF-yə büdcədən ayrılan vəsaitin həcmi dəyişməyib
Bizi izləyin

Digər

Son dörd ildə DSMF-yə büdcədən ayrılan vəsaitin həcmi dəyişməyib

Son dörd ildə DSMF-yə büdcədən ayrılan vəsaitin həcmi dəyişməyib

Bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, layihə haqqında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O qeyd edib ki, son dörd ildə Dövlət Sosial Müdafiə Fonduna büdcədən ayrılan vəsaitin həcmi dəyişməyib. Büdcədən ayırmalar fondun gəlirlərinin 35 faizini təşkil edib. Bu rəqəm 2012-ci ildə 42 faiz olub.

Məlum olub ki, gələn il üçün fondun gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Bu da cari illə müqayisədə 0,7 faiz çoxdur. Gələn il pensiyaçılara ödəmələr məqsədilə 2 milyard 923 milyon 588 min manat vəsait ayrılıb: “Dünyada pensiya ödənişləri əməkhaqqının 40 faizini təşkil edirsə, bizdə bu rəqəm 43.5 faizdir”.

Hadı Rəcəbli deyib ki, 2016-cı ildə Fondun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin edilməsi proqnozlaşdırılır: “Sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon 740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərdə olduğundan 1,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bunun hesabına vətəndaşların pensiya təminatının daha da artırılması dövlət başçısının daim diqqət mərkəzindədir”.

H.Rəcəblinin sözlərindən bəlli olub ki, könüllü yığım və qeyri-dövlət pensiya fondlarının yaradılması vətəndaşların pensiya təminatının daha da yaxşılaşmasında əvəzsiz rol oynayacaq: “Fondun büdcəsinin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlib. Fondun gələn il üçün mədaxil məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir”.

Daha sonra millət vəkili pensiya vəsaitlərinin daha səmərəli istifadə olunmasına yönələn bir sıra fikirləri də iclas iştirakçılarının diqqətinə çatdırıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm