Digər
Manyaklarınızı ayağınıza bağlayın!
Adətən saytlarda gedən bıçaqlaşma, asma-kəsmə, zorlama xəbərlərini oxumuram. Belə xəbərləri oxuyanda əsəblərim gərilir deyə, onlardan mümkün qədər qaçmağa çalışıram. Ancaq bir jurnalist dostumuzun feysbuk hesabında paylaşdığı xəbərin başlığını görəndə... Xəbərin başlığı belə idi: “Ata öz qızını zorlayırmış...”
Xəbərdə yazılmışdı ki, Binəqədidə yaşayan ata öz qızına təcavüz eləyirmiş. Ərinin hərəkətlərindən şübhələnən qadın şikayət eləyib, istintaq araşdırıb, söhbətin üstü açılıb. Bəlli olub ki, bu adam qızının üç yaşından başlayaraq ona təcavüz edirmiş. Ana ərindən şikayət eləyəndə isə bədbəxt qızın artıq 10 yaşı var imiş. Yəni ortada yeddi ilik zorlama, təcavüz, manyaklık faktı var!
Bizdə belə söhbətlərin üstü açılanda, camaatımız hadisənin ağırlığını, məsuliyyətini ürəyinin dərinliyində dərk edir, amma bu ağır dərdə çiyin verməkdən qorxub bir kənara çəkilir, məsuliyyəti kriminal aləmin boynuna qoyur: “İndi gör onun başına türmədə nə oyun açacaqlar?..”
Kədərli təsəllidir. Bir cəmiyyətin ki ədalət tərəzisi elə onların öz dili ilə desək, “lotu-potu” ola, vay o cəmiyyətin halına! Lap elə lotu-potunu qoyaq bir kənara, elə yuxarıda yazdığım hadisəyə görə əclaf atanı heç də az cəza gözləmir. Ona iş kəsəcəklər, özü də çox. Ancaq o kəsilən iş, atanın türmədə keçirdiyi illər sarsılmış, mənəvi iztirab görmüş bədbəxt ananın, onun bədbəxt qızının ağrılarını azaldacaqmı? Onların yaralarını sağaldacaqmı? Məncə, yox. Yəqin ki, sizcə də yox.
Mən demirəm, belə hadisə ancaq bizdə olur. Yox, nə qədər ki dünyada insan var, bu çiy süd əmmiş məxluqun səhvləri, günahları və bu səhvlərdən, günahlardan ömrü boyu əzab çəkənlər də olacaq. Ancaq dostlar, gəlin etiraf eləyək. Etiraf eləyək ki, bizdə bu problemlər ildən-ilə artır, çoxalır, belə getsə, bir müddət sonra lap çoxalacaq.
Bəs bunun səbəbi nədir? Bunun səbəbi bizim millətin ailəyə, evində böyütdüyü qıza münasibətindəki problemdədir. Kim olur-olsun, qızım ərə getsin, desinlər bunun da əri var düşüncəsi ilə yaşamağın axırı belə olur. Lap elə qızlarımızın özünü götürək: Hər telini Namiq Qaraçuxurlu kimi darayan bivec gədəyə vurulub, ərə getmək xatirinə ərə qaçmaq lazım deyil. Ailə həyatı oyun-oyuncaq deyil.
Görürsən, bir kənddə, eldə-obada cavan bir oğlan evi-eşiyi bir-birinə vurur, qardaş-bacıyla, ata-anayla yola getmir, tez-tez yaşıdlarıyla dalaşır. Bah! Millətimizin çarəsi tapılır: Əşi, evləndirin ağıllanacaq!
Bu, nə yanaşmadır? Bu, nə sarsaq düşüncə tərzidir? Adama deyərlər, ay bala, sənin oğlun xəstədi, manyakdı, hələ bir camaatın da qızını alıb xəstə eləmək istəyirsən? Hələ qız evi. Tanımadan, bilmədən, oğlanın daxili dünyasına, dünyaya baxışına bələd olmadan qızlarını verirlər, yaxud da qızın özü şirin sözlərə aldanıb uçur... Axırı da bəlli olur ki, gədə narkoman imiş, içib qızı döyürmüş, gəzəniymiş... və sairə, və sairə...
Bax, götürək yuxarıdakı ailəni. Ola bilməz, ola bilməz ki, doğma qızını zorlayacaq potensialda olan insan subay vaxtı hamısısa hərəkəti ilə, hansısa sözü ilə öz psixi problemlərini üzə vurmuş olmasın. Hamamda çimən bacısını güdməsin, anasının alt paltarlına baxdığı yerdə tutulmasın... Ay bu manyakın ailəsi, bu məxluqu bir həkimə göstərin, psixoloq yanına aparın, müalicə elətdirin də. Camaatın ailəsini niyə yazıq eləyirsiniz?
Tutmaq, asmaq, kəsmək çarə deyil. Çarə, problemi kökündən həll eləməkdir, çarə bütün uşaqları, yeniyetmələri nəzarətdə saxlamaq, onların necə bir ruh halında olduğunu özlərini hiss elətdirməkdən öyrənməkdir.
“Balamın toyunda ayaqyalın oynayacam” söhbətləri ilə bir yana çıxmaq olmaz. Özünüzü ələ alın. Manyaklarınızı ayağınıza bağlayın!
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Əkrəm Hüseynzadə VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə8 Oktyabr 20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR