Digər
Emal sənayesi üzrə istehsalçı qiymətlər 2,8 faiz bahalaşıb
May ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 9,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 10,5 faiz, emal sənayesi üzrə isə istehsalçı qiymətlər 2,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, cari ilin may ayında mədənçıxarma sənayesi bölməsinin istehsalçı qiymətlərində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 2,2 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 10,6 faiz, metal filizlərinin hasilatı üzrə isə istehsalçı qiymətlərində 1,3 faiz bahalaşma müşahidə olunub.
May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 1,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 14,9 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 4,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 3,9 faiz, neft məhsullarının istehsalı üzrə 3,5 faiz, geyim istehsalı üzrə 2,7 faiz, içki istehsalı üzrə 2,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,8 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, metallurgiya sənayesi və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, tütün məmulatlarının istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
İqtisadiyyat şöbəsi
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA


























.jpg)


