İdman
“Qalatasaray” qış transferi çalışmalarına erkən başladı - 35 milyonluq ulduz
Mövsümə uğurlu başlayan “Qalatasaray”da transfer çalışmaları artıq indidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisinin qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçunun adı açıqlanıb.
Almaniyanın “Fussball News” nəşrinin məlumatına görə, “Qalatasaray” “Ştutqart”ın 28 yaşlı hücumçusu Ermedin Demiroviçlə maraqlanır. Sarı-qırmızılıların bosniyalı futbolçunu qış transfer dönəmində heyətinə cəlb etmək istədiyi bildirilir.
Lakin Demiroviçin transferi İstanbul klubu üçün asan başa gəlməyə bilər. Məlumata əsasən, “Ştutqart” futbolçunun satışından 35 milyon avro gəlir əldə etməyi gözləyir.
Demiroviçə yalnız “Qalatasaray”ın maraq göstərmədiyi bildirilir. İtaliyanın “Yuventus” və “Milan”, İngiltərənin isə “Lids Yunayted” klublarının da 28 yaşlı forvardın vəziyyətini izlədiyi qeyd olunur.
Bosniya millisinin üzvü cari mövsümdə “Ştutqart”ın heyətində 5 rəsmi oyuna çıxıb. Bu qarşılaşmalarda 4 qolluq nəticə göstərən Demiroviç hücum xəttində məhsuldarlığı ilə diqqət çəkib.
“Qalatasaray”ın qış transfer dönəmində hücum xəttini gücləndirmək üçün konkret addımlar atacağı gözlənilir. Demiroviçin hazırkı performansı və onun üçün müəyyənləşdirilən 35 milyon avroluq qiymət isə mümkün transferi diqqətçəkən məsələlərdən birinə çevirib.
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ







.jpg)






















.jpg)




