Digər
Xarici ticarət dövriyyəsinin həcmi azalıb
Yanvar-aprel aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 126 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.
Publika.az xəbər verir ki, 80 ölkəyə əmtəə ixrac olunub. 113 ölkədən idxal həyata keçirilib. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 40-ı Asiya ölkələri və digərləridir.
Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik
məlumatlara əsasən 9387,2 milyon ABŞ dolları, o cümlədən ixracın
həcmi 5984,1 milyon dollar, idxalın həcmi 3403,1 milyon dollar
təşkil edib. Nəticədə 2581,0 milyon dollarlıq müsbət saldo
yaranıb.
İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları,
təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar,
şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan
hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş
məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan
hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları,
avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi
çəkisi üstünlük təşkil edib.
Yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 34,9 faiz artaraq 596,5 milyon dollar olub.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika17:25İlham Əliyev sərəncam imzaladı
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ














.jpg)













.png)





