Pul
DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kibermühitdə növbəti uğursuz təxribatını qeydə alıb.
Bu barədə Publika.az-a daxil olan məlumatda bildirilib.
Məlumatda deyilir ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətinin dayandırılacağı və qurumun vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.
"Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, bu kimi hallarla üzləşdikdə, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər" - deyə nazirlik bəyan edib.

-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video




























.jpg)











